Kriminal
Əvvəllər həbs olunmuş şəxslər birgə 7 min manatlıq əmlakı oğurlayıblar

Xəzər rayonunda maraqlı oğurluq hadisəsi baş verib. “Qafqazinfo” xəbər verir ki, rayon sakini 46 yaşlı Samil Mahmudov polisə müraciət edərək yaşadığı evdən ümumi dəyəri 7.000 manat olan müxtəlif məişət əşyalarının oğurlandığını bildirib. Xəzər Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Razi Məlikov saxlanılıb.







