“Fənərbaxça” öz Meydanında Heç-heçə Ilə Barışdı » DaylyAz
Idman Xəbərləri 206

“Fənərbaxça” öz meydanında heç-heçə ilə barışdı

“Fənərbaxça” doğma meydanda xal itirərək liderlik yarışında ağır zərbə alıb.

“Qafqazinfo” xəbər verir ki, Türkiyə Süper Liqanın 19-cu həftəsində “Fənərbaxça” öz meydanında “Göztəpə”ni qəbul edib.

Qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Matçın 17-ci dəqiqəsində Nene ilə hesabı açan İstanbul təmsilçisi üstünlüyünü qoruya bilməyib. İzmir klubu 24-cü dəqiqədə Jandersonun qolu ilə tarazlığı bərpa edib. “Sarı-lacivərdlilər” üçün oyun həm də məcburi əvəzetmə ilə yadda qalıb. Belə ki, matçın 38-ci dəqiqəsində zədələnən İsmayıl Yüksək meydanı tərk etməli olub və onu Fred əvəzləyib.

Qeyd edək ki, bu nəticədən sonra “Fənərbaxça” lider “Qalatasaray” arasında xal fərqi 3-ə yüksəlib.

Mənbə: https://qafqazinfo.az/news/detail/fenerbaxca-oz-meydaninda-hec-hece-ile-barisdi-496633

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button