Politika
Fransa səfirindən təşəkkür

Fransanın ölkəmizdəki səfiri Sofi Laqut Azərbaycan Xarici İşlər Nazirliyinə təşəkkür edib.
“Qafqazinfo” xəbər verir ki, səfir bu barədə “X” hesabında paylaşım edib.
Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayevanın paylaşımını “repost” edən Laqut bildirib: “Azərbaycan XİN-ə Fransa vətəndaşlarına effektiv və operativ yardımına görə təşəkkür edirəm”.
Qeyd edək ki, L.Abdullayeva fevralın 28-dən martın 2-nə qədər 312 nəfərin İrandan Azərbaycan sərhədi vasitəsilə təxliyə edildiyini açıqlayıb. Onun sözlərinə görə, həmin şəxslər arasında Fransa da daxil olmaqla onlarla ölkənin vətəndaşları var.

Mənbə: https://qafqazinfo.az/news/detail/fransa-sefirinden-tesekkur-500766







