Fransaya Gedən PAOK Tərəfdarları Yol Hadsiəsində öldülər » DaylyAz
Idman Xəbərləri 206

Fransaya gedən PAOK tərəfdarları yol hadsiəsində öldülər

Rumıniyanın Timişoara şəhəri yaxınlğında baş verən cərrahə və qəza nəticəsində ən azı yeddi PAOK azarkeşi həyatını itirib.

“Qafqazinfo” xəbər verir ki, faciə Serbiya sərhədindən təxminən 60 kilometr məsafədə qeydə alınıb.

Məlumata əsasən, Saloniki təmsilçisinin azarkeşləri cümə axşamı günü Avropa Liqasının 1/8 final mərhələsi çərçivəsində “Olimpik Lion”la keçiriləcək oyun üçün Fransaya yola düşüblər.

Lakin səfər faciə ilə nəticələnib.

İlkin məlumata görə, azarkeşləri daşıyan nəqliyyat vasitəsi hərəkət zamanı əks zolağa çıxaraq yük maşını ilə toqquşub.

Qəzanın dəqiq səbəbləri hazırda hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.

Mənbə: https://qafqazinfo.az/news/detail/azarkesler-fransaya-yollanarken-facievi-sekilde-olduler-496909

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button