Gəncədə Türkiyəli Iş Adamı Evində ölü Tapıldı - Foto » DaylyAz
Kriminal

Gəncədə türkiyəli iş adamı evində ölü tapıldı – Foto

Qafqazinfo xəbər verir ki, Gəncədə fəaliyyət göstərən xarici tikinti şirkətlərindən birinin rəhbəri, Türkiyə vətəndaşı Mustafa Karabela vəfat edib.

Mustafa Karabelanın Gülüstan yaşayış massivindəki evində meyiti aşkar edilmişdir. Zorakılıq əlamətləri aşkar edilməmişdir. İlkin ehtimallara görə, 40 yaşlı iş adamı ürəktutmadan həyatını itirib.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma başlayıb.

Məlumat üçün qeyd edək ki, mərhum Gəncə şəhərində avtomobil yollarının asfaltlanması işlərini həyata keçirən “DKT İnşaat Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycandakı filialının rəhbəri olub.
FOTO:

[https://qafqazinfo.az/uploads/1772694963/a2a3a5ad-8012-4b42-b6f6-d7bb0ebc17f7.jpg]

Mənbə: https://qafqazinfo.az/news/detail/gencede-turkiyeli-is-adami-evinde-olu-tapildi-foto-501146

Əlaqəli

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button