General Rütbəsi Verilən Gömrükçülər Kimlərdir? » DaylyAz
Politika

General rütbəsi verilən gömrükçülər kimlərdir?

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Dövlət Gömrük Komitəsinin 4 əməkdaşına ali xüsusi rütbələr verilib.

“Qafqazinfo” general-mayor ali xüsusi rütbəsi verilən gömrükçülərin dosyesini təqdim edir:

Fuad Elxan oğlu Məmmədov (34 yaş) – uzun illər gömrük orqanlarında müxtəlif vəzifələrdə çalışıb. 2025-ci ilin mart ayında Dövlət Gömrük Komitəsi sədrinin müavini təyin edilib.

Fuad Mikayıl oğlu Aslanov (47 yaş) – əvvəllər DGK-nın Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin rəisi vəzifəsində işləyib. Hazırda Rəqəmsal İdarəetmə Baş İdarəsinin rəisidir.

Elmir Bahadur oğlu Ramazanov (38 yaş) – daha əvvəl Bakı Baş Gömrük İdarəsində rəis müavini vəzifəsində çalışıb. 2023-cü ildən indiyə kimi Bakı Baş Gömrük İdarəsinin rəisidir.

Qeyd edək ki, Prezidentin bugünkü Sərəncamı ilə Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırova da general-polkovnik ali xüsusi rütbəsi verilib.

Mənbə: https://qafqazinfo.az/news/detail/general-rutbesi-verilen-gomrukculer-kimlerdir-497131

Əlaqəli

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button