Ginnesin Rekordlar Kitabına Düşən Idmançı ölü Tapıldı » DaylyAz
Kriminal

Ginnesin Rekordlar Kitabına düşən idmançı ölü tapıldı

“Qafqazinfo” xəbər verir ki, Lənkəranın Aşağı Nüvədi kənd sakini və tanınmış rekordçu Ələsgər Həsənzadənin meyiti sahildə aşkarlanmışdır.

Bildirilib ki, meyit aidiyyəti üzrə təhvil verilib, ölümün səbəbləri araşdırılır.

Qeyd edək ki, Ə. Həsənzadə Moskvada keçirilən idman yarışının qalibi olub. Belə ki, o, yeddi yaşında olarkən 1 saat 44 dəqiqə 25 saniyə ərzində arxası üstə uzanmış halda əlləri ayaqlarına tərəf (buna idman termini ilə “press” deyirlər) 3 min dəfə çatdıraraq dünya rekordunu təzələyib. Bu, o, dünyada Ginnesin Rekordlar Kitabına düşən ilk uşaq olmuşdur. O, həmçinin, Ginnesin Rekordlar Kitabında fəxri üzv kimi qeydə alınmışdır.

Qeyd edək ki, faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Mənbə: https://qafqazinfo.az/news/detail/ginnesin-rekordlar-kitabina-dusmusdu-sahilde-olu-tapildi-foto-500426

Əlaqəli

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button