Həftəsonu Hava Necə Olacaq? » DaylyAz
Aktual xəbərlər

Həftəsonu hava necə olacaq?

Yanvarın 4-də gözlənilən hava şəraiti açıklanıb.

Milli Hidrometeorologiya Xidmətindən “Qafqazinfo”ya verilən məlumata, əsasən Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağımsız keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 0-2° isti, gündüz 6-9° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 65-70%, gündüz 50-60% təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 6-11° isti, dağlarda gecə 10-15° şaxta, yüksək dağlıq ərazilərdə 15-20° şaxta, gündüz 0-5° şaxta olacaq.

Gecə və səhər bəzi dağlıq və dağətəyi ərazilərdə yolların buz bağlayacağı ehtimalı var.

Mənbə: https://qafqazinfo.az/news/detail/heftesonu-hava-nece-olacaq-494206

Əlaqəli

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button