“Hələ Də Tarix Yaza Bilərik” - “Qarabağ”ın Müdafiəçisi » DaylyAz
Idman Xəbərləri 206

“Hələ də tarix yaza bilərik” – “Qarabağ”ın müdafiəçisi

“Bu andan çox məmnunam. Çempionlar Liqası hər bir oyunçunun arzuladığı bir mərhələdir”. 

“Qafqazinfo” xəbər verir ki, bu sözləri ölkəsinin mətbuatına açıqlamasında “Qarabağ”ın müdafiəçisi Mateus Silva deyib. 

O, UEFA Çempionlar Liqasının əsas mərhələsinin sonuncu turunda “Liverpul”a qarşı keçiriləcək matçdan və komandasının uğurlarından danışıb: “Bu cür böyük oyunlarda “Qarabağ”a kömək edə bilmək xüsusidir. Komandamızın işi çox yaxşıdır və düşünürük ki, hələ də tarix yarada bilərik. İndi əsas məsələ  diqqətimizi cəmləməkdir”.

Qeyd edək ki, “Liverpul” – “Qarabağ” matçı bu gecə saat 00:00-da keçiriləcək. 

Mənbə: https://qafqazinfo.az/news/detail/hele-de-tarix-yaza-bilerik-qarabagin-mudafiecisi-496934

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button