Haldun Dormen Vəfat Etdi » DaylyAz
Şou Biznes Xəbərləri

Haldun Dormen vəfat etdi

Türkiyəli teatr ustası Haldun Dormen 97 yaşında vəfat edib.

Haldun Dormen 1928-ci ildə Mersində doğulub.

O, 1955-ci ildə əfsanəvi “Dormen Teatrı”nı quraraq Türkiyədə qərb üslublu bulvar komediyası və müzikl janrlarının formalaşmasına öncülük edib. "Sokak Kızı İrma" kimi məşhur tamaşalarla böyük uğurlar qazanıb.

O, təkcə aktyor və rejissor deyil, həm də saysız-hesabsız sənətkarlar yetişdirən bir müəllim olmuşdur. Türkiyənin ən nüfuzlu teatr mükafatlarından olan “Afife Teatr Mükafatları”nın təsis edilməsinə rəhbərlik etmişdir.

Mənbə: https://news.milli.az/showbiz/1312486.html

Əlaqəli

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button