Haqverdiyevin məhkəməsində mübahisəli ifadələr – Rüşvət kimə çatdı?

Rüşvətə görə ittiham olunan Müdafiə Nazirliyinin sabiq rəisi, hal-hazırda həbs olunan İlham Haqverdiyevin məhkəməsi mübahisəli anlar ilə yadda qalıb. Bakı Hərbi Məhkəməsində baxılan işin davamında, prokurorluq İlham Haqverdiyevi rəis işlədiyi müddətdə işə düzəlmək üçün çoxlu nəfərin pul verdikləri üçün cəza görməkdə ittiham edir.
Hazırda həmin cinayət işini araşdırır. Amma məhkəmə prosesində ittihamın zəngin tərzdə yazılmaması mübahisəli məqam yarata bilmir. Çünki, iş üçün mühüm şahidlər İlham Haqverdiyevin adını çəkmirlər. Əksinə, şahidlər təqsirləndirilən şəxsin lehinə danışır, işə düzəlmək üçün pulu rəis Haqverdiyevə deyil, onun müavini kapitan Muraz Həsənova verdiklərini deyirlər. Şahidlərin hamısı hələ də istirahət evində işləyir, indi rəisləri də elə Muraz Həsənovdur.
Qeyd edək ki, bu gün dindirilənlərdən biri istirahət evinə münasibəti olan Yeganə Həsənovadır. O, işə düzəlməsinə qardaşı kömək edib, bunun üçün də Muraz Həsənova 1000 manat rüşvət verib. Amma o, pulun İlham Haqverdiyevə çatıb-çatmadığını bilmir: “İlham Haqverdiyevə pul şəxsən pul verməmişik. Qardaşımın dediyinə görə, işi Muraz Həsənov təşkil edib. Başqa heç nə deyə bilmərəm, yadımdan çıxıb hər şey.”
Məhkəmədə verdiyi ifadə ilə prokurorluqdakı münasibətlərin ziddiyyətli məqam isə verdiyi rüşvətin İlham Haqverdiyevə çatdırılacağını deməsindədir. Hakim Yeganədən məhz bu hissəyə aydınlaşdırmağı tələb edib. Amma şahid “kağızda nə yazıbsa, odur”, “oğlum əsgərdir, onu düşünürəm” kimi yayındırıcı cavablar verib.
Hazırda işə düzəldiyi təsdiqlənən Seyran Əhmədov və onun bacısı oğlu Etibar Xanəliyevdə dindiriliblər. Etibar dayısının təklifi ilə istirahət evinin yanğın mühafizə xidmətinə mülki müfəttiş vəzifəsinə düzəlib. Bunun qarşılığında isə 2500 manat rüşvət verib.
Məhkəmə yekuna “Bəs nəyə görə istintaq vaxtı Muraz Həsənovu rüşvətin İlham Haqverdiyevə çatdıracağına deyirdiniz?” – deyə cavab tapmağa çalışıb. Lakin, şahidlərin ifadələrini dəyişməyəcəyini görüb, məhkəmə prosesi martın 10-na qədər təxirə salınıb.







