HHQ-də Bayraktar Kursunun I Buraxılışı - Fotolar » DaylyAz
Aktual xəbərlər

HHQ-də Bayraktar kursunun I buraxılışı – Fotolar

Hərbi Hava Qüvvələrinin (HHQ) nəzdində Bayraktar Teknoloji Azərbaycan Uçuş Hazırlığı Təlim Mərkəzində Bayraktar TB2 Sistemi üzrə mütəxəssislərin hazırlığı kursunun birinci buraxılış mərasimi keçirilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb. 

General-mayor Həsən Əlövsədov məzunları buraxılış münasibətilə Müdafiə Nazirliyinin rəhbərliyi adından təbrik edib, onlara gələcək xidmətlərində uğurlar arzulayıb.

Bildirilib ki, bu cür kurslar hərbi qulluqçuların ixtisaslara yiyələnməsinə, bilik və bacarıqlarının təkmilləşdirilməsinə, eləcə də peşəkarlığının artırılmasına müsbət təsir göstərir.

Mənbə: https://qafqazinfo.az/news/detail/hhq-de-bayraktar-kursunun-i-buraxilisi-fotolar-501293

Əlaqəli

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button