İlham Əliyev Və Antonio Koştanın Birgə Mətbuat Bəyanatı » DaylyAz
Politika

İlham Əliyev və Antonio Koştanın birgə mətbuat bəyanatı

Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta ilə birgə bəyanat yayıb.

“Qafqazinfo” xəbər verməkdədir ki, bəyanatda deyilir:

1. 2026-cı il martın 11-də Azərbaycan Prezidenti İlham Əliyev və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta Azərbaycanda, Bakıda görüşmüşlər.

2. Prezidentlər Azərbaycan-Avropa İttifaqı (Aİ) tərəfdaşlığın strateji əhəmiyyətini vurğulayaraq, təhlükəsizlik, enerji və nəqliyyat sahələri daxil olmaqla, son dövrdə keçirilmiş yüksəksəviyyəli görüşlərin müsbət dinamikasına əsaslanaraq siyasi dialoqun və praktiki əməkdaşlığın daha da dərinləşdirilməsinə sadiqliklərini ifadə ediblər. Bu əməkdaşlıq hər iki tərəfin ortaq maraqlarını əks etdirir, bütün Qara dəniz, Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarında sülhün, sabitliyin, daşımaların və davamlı inkişafın təşviqinə töhfə verir.

3. Onlar Azərbaycan ilə Avropa İttifaqı arasındakı münasibətlərin Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə, o cümlədən dövlətlərin suverenliyi və ərazi bütövlüyü daxil olmaqla, beynəlxalq hüquqa tam hörmətlə yanaşılmaqla qarşılıqlı hörmət, bərabərlik və ortaq fayda əsasında qurulduğunu bir daha təsdiq ediblər.

4. Prezidentlər münasibətlərin daha da inkişaf etdirilməsi üçün möhkəm hüquqi çərçivə yaradacaq yeni əhatəli ikitərəfli saziş üzrə danışıqların tez bir zamanda yekunlaşdırılmasına sadiqliklərini bir daha vurğulayıblar. Onlar, həmçinin yenilənmiş Azərbaycan-Aİ Tərəfdaşlıq Prioritetlərinin qəbul edilməsinin və bütün sahələrdə ikitərəfli gündəliyi daha da irəli aparmaq üçün Azərbaycan-Aİ Əməkdaşlıq Şurası daxil olmaqla, mövcud dialoq mexanizmlərindən tam istifadənin vacibiyyətini qeyd ediblər.

5. Prezidentlər ayırıcı xətlərdən azad, dinc, sabit, qarşılıqlı əlaqəli və inkişaf edən Cənubi Qafqaz kimi ortaq strateji məqsədi bir daha təsdiqləyərək, regionda baş verən son müsbət hadisələri, xüsusilə də Azərbaycan-Ermənistan sülh prosesindəki tarixi irəliləyişi alqışlayıblar. Onlar 2025-ci il 8 avqust tarixli Vaşinqton Zirvə Görüşünün nəticələrini və Azərbaycanla Ermənistan arasındakı münasibətlərin normallaşdırılması istiqamətində atılan sonrakı addımları yüksək qiymətləndiriblər. Avropa İttifaqı Şurasının Prezidenti iki ölkənin ikitərəfli dialoq vasitəsilə regionda davamlı sülhə nail olmaq istiqamətində səylərini Aİ-nin tam dəstəklədiyini bir daha təsdiqləyib.

6. Prezidentlər Azərbaycanın münaqişədən sonrakı dövrdə Qarabağ və Şərqi Zəngəzur bölgələrində genişmiqyaslı yenidənqurma və inkişaf səylərini vurğulayıblar. Çətinliklərin, xüsusilə də mina ilə çirklənmənin miqyasını qeyd edərək, onlar Avropa İttifaqının humanitar minatəmizləmə sahəsində aparıcı beynəlxalq donor olduğunu vurğulayıb, beynəlxalq dəstəyin artırılmasına çağış ediblər.

7. Prezidentlər “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”-in həyata keçirilməsinin ticarət, daşımalar, sərmayə, iqtisadi dayanıqlılıq və təmiz enerji daxil olmaqla, müvafiq prioritet sahələrdə Azərbaycan-Aİ əməkdaşlığını genişləndirmək üçün imkanlar yaratdığını qeyd ediblər.

8. Prezidentlər Azərbaycanın regional daşımalarda, xüsusilə də Orta Dəhliz vasitəsilə Qara dəniz, Cənubi Qafqaz və Mərkəzi Asiya arasında nəqliyyat, ticarət, enerji və rəqəmsallaşma sahələrində əlaqələrin gücləndirilməsində oynadığı aparıcı rolu vurğulayıblar. Avropa İttifaqı “Qlobal Qapı” çərçivəsində daşımalar, digər müvafiq mexanizmlər, o cümlədən Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasında dəmir yolunun müasirləşdirilməsinə dəstək, həmçinin TRIPP-in icrası üzrə davam edən səylərlə bağlı Azərbaycanla əməkdaşlığına sadiqliyini bir daha təsdiqləyib. Onlar “Qlobal Qapı” təşəbbüsü çərçivəsində Azərbaycan-Aİ iqtisadi əməkdaşlığını və sərmayələrini gücləndirmək üçün İqtisadi Əməkdaşlıq üzrə Yüksəksəviyyəli İşçi Qrupunun yaradılmasını alqışlayıblar.

9. Prezidentlər uzunmüddətli vacib enerji tərəfdaşlığını xatırladaraq, Avropanın enerji təchizatının şaxələndirilməsində etibarlı tərəfdaş kimi Azərbaycanın rolunu etiraf ediblər və 2022-ci ildə imzalanmış enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında Anlaşma Memorandumunun davamlı icrasına sadiqliklərini bildiriblər. Onlar Cən

Mənbə: https://qafqazinfo.az/news/detail/ilham-eliyevle-antonio-kostanin-birge-metbuat-beyanati-501886

Əlaqəli

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button