Kriminal
İnsanın görüntüsündən istifadə edərək pornoqrafik məzmun hazırlamaq üçün cəza müddəti uzadılıb

“Qafqazinfo” xəbər verir ki, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İnsan hüquqları komitələrinin bu gün keçirilən birgə iclasında müzakirəyə çıxarılan Cinayət Məcəlləsinə təklif olunan dəyişiklikdə öz əksini tapıb.
Beləliklə, layihəyə əsasən, şəxsin razılığı olmadan onun görüntüsündən və ya səsindən istifadə etməklə süni intellekt texnologiyaları, habelə xüsusi proqram təminatları vasitəsilə pornoqrafik və ya seksual məzmunlu foto, video və ya audiomaterialları hazırlama və ya həmin materialları mediada və ya internet informasiya ehtiyatlarında yayma 7 ilədək həbsdə saxlanılacaqdır.
Mənbə: https://qafqazinfo.az/news/detail/suni-intellektle-bunu-edenler-7-iledek-hebs-olunacaq-501950







