İspaniya komandasına rəqib olan Samsunspor

UEFA Konfrans Liqasında 1/8 final mərhələsinin püşkü atılıb.
“Qafqazinfo” xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən püşkatma mərasimində aşağıdakı komandalar rəqib olublar:
UEFA Konfrans Liqası – 1/8 final cütlükləri:
• “Lex” (Polşa) – “Şaxtyor” (Ukrayna)
• “Kristal Pelas” (İngiltərə) – AEK (Larnaka, Kipr)
• “Samsunspor” (Türkiyə) – “Rayo Valyekano” (İspaniya)
• “Siqma” (Çexiya) – “Maynts” (Almaniya)
• “AZ Alkmar” (Niderland) – “Sparta” (Çexiya)
• “Fiorentina” (İtaliya) – “Rakuv” (Polşa)
• “Sele” (Sloveniya) – AEK (Yunanıstan)
• “Riyeka” (Xorvatiya) – “Strasburq” (Fransa)
Qeyd edək ki, 1/8 final mərhələsinin ilk oyunları martın 12-də, cavab qarşılaşmaları isə martın 19-da baş tutacaq.
Mənbə: https://qafqazinfo.az/news/detail/samsunspor-ispan-komandasina-reqib-oldu-500421








