Kəlbəcərdə Hazırda Nə Istiliklə, Nə Də Işıqla Bağlı Problem Var » DaylyAz
Aktual xəbərlər

Kəlbəcərdə hazırda nə istiliklə, nə də işıqla bağlı problem var

Sosial şəbəkələrdə Kəlbəcərdə Yeni ilin gəlməsi ilə elektrik enerjisinin kəsildiyi, şəhərin istiliksiz və susuz qaldığı ilə bağlı məlumatlar yayılıb. Bununla da sakinlərin sərt qış günündə soyuqda qaldığı bildirilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə isə, istiliklə bağlı yaranan problem artıq aradan qaldırılıb.

Belə ki, elektrik enerjisinin verilişində problem yaransa da, səhər saat 7-də bərpa edilib. Həmçinin bütün rayon üzrə kombilərdə problem olmayıb. Sakinlərdən birinin evindəki kombidə problem olub ki, həmin şəxs də mənzildə yaşamırmış.

Qeyd edək ki, hazırda vatsap qrupları üzərindən əhaliyə təlimatlar verilir. Kəlbəcərdə suların donması ilə bağlı da hər hansı problem yaşanmır.

Mənbə: https://qafqazinfo.az/news/detail/kelbecerde-hazirda-ne-istilikle-ne-de-isiqla-bagli-problem-var-494123

Əlaqəli

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button