Kadi Məşqlərə Belə Qayıtdı - Video » DaylyAz
Idman Xəbərləri 206

Kadi məşqlərə belə qayıtdı – Video

UEFA Çempionlar Liqasının əsas mərhələsində keçirilən “Qarabağ” – “Çelsi” (2:2) matçında ağır zədə alan Kadi Borges yenidən yaşıl meydanlara dönüb.

“Qafqazinfo” xəbər verir ki, ötən ilin noyabrında baş tutan həmin qarşılaşmada sol ayaq sümüyü (fibula) qırılan braziliyalı yarımmüdafiəçi uzunmüddətli bərpa prosesini uğurla başa vurub.

Futbolçunun sosial şəbəkələrdə paylaşılan görüntülərində onun məşqlərə başladığı və ingiliscə “come back” (geri döndüm) deyərək qayıdışını qeyd etdiyi görünür.

Xatırladaq ki, 29 yaşlı “sambaçı” “Çelsi” ilə Bakıdakı tarixi heç-heçə zamanı oyunun 31-ci dəqiqəsində məcburi əvəzlənmişdi.

Mənbə: https://qafqazinfo.az/news/detail/kadi-mesqlere-bele-qayitdi-video-494759

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button