Kobaxidze Naxçıvana Dron Hücumunu Pislədi » DaylyAz
Aktual xəbərlər

Kobaxidze Naxçıvana dron hücumunu pislədi

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, İrakli Kobaxidze İranın pilotsuz uçuş aparatları ilə Azərbaycanın Naxçıvan Muxtar Respublikasına hücumunu qətiyyətlə pisləyərək Azərbaycan dövləti və xalqı ilə həmrəy olduqlarını vurğulayıb. Gürcüstanın Baş naziri hücum nəticəsində xəsarət alanların tezliklə sağalmalarını arzulayıb.

Prezident İlham Əliyev telefon zənginə və nümayiş etdirilən mövqeyə görə İrakli Kobaxidzeyə minnətdarlığını ifadə edib.

Telefon söhbəti əsnasında Azərbaycan-Gürcüstan ikitərəfli əməkdaşlığının perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.

Mənbə: https://qafqazinfo.az/news/detail/kobaxidze-naxcivana-dron-hucumunu-pisledi-501243

Əlaqəli

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button