Komandası Səfərdə, özü Ticarət Mərkəzində - Video » DaylyAz
Idman Xəbərləri 206

Komandası səfərdə, özü ticarət mərkəzində – Video

“Fənərbaxça”nın yollarını ayırmağa hazırlaşdığı kolumbiyalı hücumçu Con Duranın Kadıköydəki ticarət mərkəzində görünməsi transfer gündəmini yenidən hərəkətə gətirib.

“Qafqazinfo” Türkiyə mediasına istinadla xəbər verir ki, bu gün transfer pəncərəsinin bağlanmasına saatlar qalmış 22 yaşlı forvardın oyunda iştirak etməməsi onun komandadakı gələcəyi ilə bağlı sualları artırıb.

Qeyd edək ki, “Fənərbaxça” hazırda səfərdə “Kocaelispor”la qarşılaşır. Duran isə ayağındakı ağrılar səbəbindən heyətdə yer almayıb.

Mənbə: https://qafqazinfo.az/news/detail/komandasi-seferde-ozu-ticaret-merkezinde-video-497534

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button