"Kuruluş Osman"ın Aktrisası "Yeraltı" Serialda - Foto » DaylyAz
Şou Biznes Xəbərləri

“Kuruluş Osman”ın aktrisası “Yeraltı” serialda – Foto

Mövsümün ən iddialı layihələrindən sayılan “Yeraltı” serialı heyətini sürpriz bir adla gücləndirib. 

Serialda Deniz Can Aktaş “Heydər Əli” obrazını canlandırır. Heydər Əlinin hekayəsi həbsxanadan çıxdıqdan sonra tamamilə dəyişən həyatı ətrafında qurulub. Unuda bilmədiyi qadın Ceylanı tamamilə fərqli bir mövqedə tapması onu dərin bir qarşıdurma ilə üz-üzə qoyur. Serial cinayət və intiqam mövzularını mərkəzə alan qaranlıq bir dram vəd edir.

Layihəyə təcrübəli aktrisa Sevil Əki daxil olub. Bir neçə gün əvvəl heyətə qatılan Murat Danacı’nın canlandıracağı “Hamburqlu” obrazının bacısı rolunda çıxış edəcək.

Qeyd edək ki, Sevil son olaraq “Kuruluş Osman” serialında çəkilib.

Mənbə: https://news.milli.az/showbiz/1312308.html

Əlaqəli

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button