“Liverpul” – “Qarabağ” Oyununun Biletləri Satışa çıxarıldı » DaylyAz
Idman Xəbərləri 206

“Liverpul” – “Qarabağ” oyununun biletləri satışa çıxarıldı

Yanvarın 28-də UEFA Çempionlar Liqasının Liqa mərhələsinin səkkizinci turu çərçivəsində keçiriləcək “Liverpul” – “Qarabağ” oyununun biletləri satışa çıxarılıb.

“Qafqazinfo” xəbər verir ki, ən ucuz biletin qiyməti 9 funt sterlinq (təxminən 21 manat) təşkil edir.

Biletlərin qiymətləri 61 funt sterlinqə (təxminən 140 AZN) qədərdir.

Son satış tarixi yanvarın 7-si olaraq müəyyən edilib.

Qeyd edək ki, 61 min azarkeş tutumuna malik “Enfild” stadionunda baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

Mənbə: https://qafqazinfo.az/news/detail/liverpul-qarabag-oyununun-biletleri-satisa-cixarildi-494474

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button