Luis Enrikedən PSJ Ilə 100-cü Qələbə » DaylyAz
Idman Xəbərləri 206

Luis Enrikedən PSJ ilə 100-cü qələbə

PSJ Liqa 1-in 18-ci turunda “Lill”i 3:0 hesabı ilə məğlub edib.

“Qafqazinfo” xəbər verir ki, bu qələbə Paris klubunun baş məşqçisi Luis Enrikenin rəhbərliyi altında qazandığı 100-cü qələbə olub.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Oyundan sonra danışan ispan mütəxəssis nəticəni belə dəyərləndirib: “100 qələbə pis deyil. Bu tempdə davam etməliyik. Min qələbə istərdim, amma hələ buna çox var”.

Luis Enrike 2023-cü ilin yayından PSJ-ni çalışdırır. Onun rəhbərliyi altında Paris təmsilçisi iki dəfə Fransa çempionu olub, Fransa Kuboku və Fransa Superkubokunu qazanıb. Həmçinin PSJ Çempionlar Liqası, Qitələrarası Kubok və UEFA Superkubokunun qalibi olub.

Mənbə: https://qafqazinfo.az/news/detail/luis-enrikeden-psj-ile-100-cu-qelebe-495743

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button