“Mənə Heç Bir Efir Qadagası Qoyulmayıb” - VİDEO » DaylyAz
Şou Biznes Xəbərləri

“Mənə heç bir efir qadagası qoyulmayıb” – VİDEO

Müğənni Ofelya Şabanova barəsində sosial şəbəkələrdə yayılan "efir qadağası" iddialarına münasibət bildirib.

İfaçı açıqlamasında məsələyə aydınlıq gətirib. O, bildirib ki, yayılan söz-söhbətlər əsassızdır və hər hansı qadağa mövcud deyil:

"ATV, ARB və Xəzər TV-nin məsul şəxsləri ilə əlaqə saxladım. Onlar mənə bildirdilər ki, belə bir göstəriş verilməyib. Mənə qarşı məqsədli şəkildə bu cür məlumatlar yayılır. Deyilənlər tamamilə yalandır".

Müğənni qeyd edib ki, onun fəaliyyətinə hər hansı maneə yoxdur və hazırda yaradıcılıq işlərini davam etdirir. Ofelya Şabanova həmçinin izləyicilərini rəsmi açıqlamalara inanmağa və əsassız paylaşımlara aldanmamağa çağırıb.

Mənbə: https://news.milli.az/showbiz/1318384.html

Əlaqəli

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button