Məcnun Məmmədova Yeni Səlahiyyət Verildi » DaylyAz
Politika

Məcnun Məmmədova yeni səlahiyyət verildi

Azərbaycan və Latviya arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibi təsdiq edilib.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb. 

Sərəncama əsasən, Azərbaycan-Latviya Hökumətlərarası Komissiyasının Azərbaycan tərəfindən həmsədri kənd təsərrüfatı naziri Məcnun Məmmədov təyin edilib.

Xarici İşlər Nazirliyi bu Sərəncamın 1-ci hissəsi ilə edilən dəyişiklik barədə Latviya Respublikası tərəfinə bildiriş göndərməlidir.

Mənbə: https://qafqazinfo.az/news/detail/mecnun-memmedova-yeni-selahiyyet-verildi-495132

Əlaqəli

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button