Mənim kimi Xalq artistləri var ki, abırlarımıza bürünüb çəkiliblər

"Yazırlar, bu nə saçdır, geyimdir? Niyə bahalı geyinmirsən? İstəmirəm, geyinmirəm. Mənim üçün əski parçasıdır, ayaqqabının altı yerə dəyir. Ən bahalı mən özüm olmalıyam. Nəyə lazımdır geyim brend, bahalı olsun? Tamaşaçını elə öyərşdiriblər ki, müğənni brend geyimlə gəlməlidir. Elnarə ilə 17 mahnı təqdim edir. Xəbərləri yoxdur. Soruşsan kim hansı toyda hansı paltarı geyinib, onu yaxşı bilirlər".
Bir çox yazılar vardır ki, “saça dib boyası qoyun”. 46 yaşım var, saçım ağarır. Mən özümü yaşıma uyğun görmək istəyirəm. Tamaşaçını öyrəşdirmək gözəldir. Mən də bilirəm ki, dib boyası deyilən bir şey var. Bu son iki il bəzi zamanlar yazırlar ki, "Nəhayət gözümüz təbilik gördü". Uzun müddət bu nə idi, nə geyim, nə saçdır haqqında düşüncələrimə mübarizə apardım.
E.Xəlilova verilişlərə getməməsinin səbəbini açıqlayıb:
"Efirə yaraşdırmıram özümü. Məcburam gedim, kiminləsə qırğa çıxım, aləm dəysin bir-birinə və səsimi alsın? Mənim kimi Xalq artistləri var ki, abırlarına bürünüb çəkiliblər kənara. Nəticədə efir nə günə qalıb. Həyasız da elə bilir bizim deməyə sözümüz yoxdur. Bu imkan onlara yaradılmamalıdır. Televiziya rəhbəri aparıcıya və müğənnilərə o imkanı verməməlidir. Uşağımızın tərbiyəsini korlaya, mədəniyyət öyrədə bilər" . (Axşam.az)
Mənbə: https://news.milli.az/showbiz/1320247.html







