Məşhur Aktrisanın Evi Qorxulu Yanğın Nəticəsini Yaşadı: "Anam Sahura Qalxmasaydı..." - FOTOlar » DaylyAz
Şou Biznes Xəbərləri

Məşhur aktrisanın evi qorxulu yanğın nəticəsini yaşadı: “Anam sahura qalxmasaydı…” – FOTOlar

Türkiyəli aktrisa və model Aslıhan Karalar qorxulu anlar yaşayıb.

Məlumata görə, 2017-ci ildə “Ən yaxşı model” müsabiqəsinin qalibi olan Karaların ailəsi ilə birlikdə yaşadığı mənzilin mətbəx hissəsində hələlik bilinməyən səbəbdən yanğın çıxıb. Qısa müddətdə alov və qalın tüstü bütün evi bürüb.

Xoşbəxtlikdən həmin vaxt ailə üzvlərindən bəziləri oyaq olub və vəziyyəti vaxtında görərək evdən çıqa biliblər. Hadisə yerinə çağırılan yanğınsöndürənlər alovu tez bir zamanda nəzarətə götürərək yanğının bütün binaya yayılmasının qarşısını alıblar.

Yanğından sonra evin xüsusilə mətbəx və qonaq otağı hissəsində ciddi maddi ziyan yarandığı bildirilib. Tüstüdən zəhərlənən ailə üzvləri ehtiyat tədbiri olaraq tibbi müayinədən keçirilib. Aktrisanın vəziyyətinin isə qənaətbəxş olduğu qeyd olunur.

Yanğın zamanı Aslıhan Karalar evdə olan itlərini də xilas etməyə nail olub. Tüstüdən zəhərləndiyi üçün o, xəstəxanaya aparılıb.

Aktrisa hadisə ilə bağlı açıqlamasında bildirib: “Anam sahura qalxmasaydı, bəlkə də biz ölmüşdük. Deməli verilmiş sədəqəmiz var imiş”.

Mənbə: https://news.milli.az/showbiz/1319606.html

Əlaqəli

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button