Məşhur Britaniyalı aktyor Donald Trampı parodi edərkən “ağına getdirdi” – VİDEO

Britaniyalı məşhur aktyor və komediya ustası Leyvins MakLeod-un ABŞ prezidenti Donald Trampı təqlid etdiyi anlar sosial şəbəkələrdə geniş marağa səbəb olub.
Videoda MakLeod Trampın danışıq tərzini, mimikalarını və jestlərini olduqca real şəkildə canlandırıb. Onun ironik yanaşması və detallara verdiyi diqqət izləyicilərin xüsusi marağına səbəb olub.
Paylaşımın şərh bölməsində çoxsaylı rəylər yazılıb. İstifadəçilərin bir qismi aktyorun yüksək aktyorluq qabiliyyətini tərifləyib, digərləri isə təqlidin Trampa olduqca bənzədiyini qeyd edərək görüntüləri yumor dolu adlandırıblar.
Leyvins MakLeodun bu çıxışı sosial mediada müzakirələr yaradıb və məşhur aktyorun komediya bacarığını bir daha gündəmə gətirib.
Mənbə: https://news.milli.az/showbiz/1312128.html







