Məşhur Futbolçu Sürücülük Hüququndan Məhrum Edilmişdir » DaylyAz
Idman Xəbərləri 206

Məşhur futbolçu sürücülük hüququndan məhrum edilmişdir

İngiltərənin “Arsenal” klubunun ulduzu Deklan Rays 6 ay müddətinə sürücülük hüququndan məhrum edilib.

“Qafqazinfo” “Daily Mail” nəşrinə istinadən xəbər verir ki, buna səbəb onun “Land Rover” avtomobili ilə bir həftə ərzində eyni yolda iki dəfə sürət həddini aşmasıdır.

O, birinci dəfə yanvarın 3-də Londonda yerləşən malikanəsinin yaxınlığındakı şossedə icazə verilən 48 km/saat sürət həddi olan zonada avtomobili 60 km/saat sürətlə idarə edib. 

Deklanın sonuncu dəfə qayda pozuntusu isə yanvarın 8-də baş verib. Belə ki, o, eyni yolda bu dəfə 64 km/saat məhdudiyyət olan ərazidə 79 km/saat sürətlə hərəkət edərkən saxlanılıb.

Nəticədə Deklan Rays 6 ay müddətinə sürücülük hüququndan məhrum edilib və 2185 funt-sterlinq (4,980.03 AZN) məbləğində cərimələnib.

Mənbə: https://qafqazinfo.az/news/detail/meshur-futbolcu-suruculuk-huququndan-mehrum-edildi-494944

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button