Məșhur Musiqiçi Vəfat Edib - Foto » DaylyAz
Şou Biznes Xəbərləri

Məșhur musiqiçi vəfat edib – Foto

Rok musiqisinin simvollarından biri olan “Grateful Dead” qrupunun ritm gitaristi və aparıcı vokalisti Bob Weir 78 yaşında dünyasını dəyişib.

Weirin “İnstakram” hesabında yayımlanan məlumata görə, ona iyul ayında xərçəng diaqnozu qoyulub. Bildirilib ki, musiqiçi ağciyər problemləri səbəbindən vəfat edib. Ölümünün dəqiq vaxtı və yeri açıqlanmayıb.

Qeyd edək ki, Bob Weir “Grateful Dead” qrupunun mərhum həmtəsisçisi və aparıcı gitaraçısı Cerri Qarsiya ilə birlikdə qrup tarixinin böyük hissəsində iki əsas solistdən biri kimi tanınıb. “Deadheads” adlanan pərəstişkar kütləsi üçün Weir qrupun musiqi kainatının mərkəz fiqurlarından biri hesab olunurdu.

Bob Weirin ölümü rok musiqi dünyasında böyük itirik kimi qiymətləndirilir.

Mənbə: https://news.milli.az/showbiz/1310828.html

Əlaqəli

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button