Məşhur proqram və seriallar cərimələndirlər

Türkiyənin yayım nəzarəti orqanı olan RTÜK son iclasında yayım prinsiplərini pozan məzmunlara qarşı beş fərqli sanksiya tətbiq edib. Şiddətin normallaşdırılması, qadın hüquqlarının pozulması və milli-mənəvi dəyərlərə zidd ifadələr cəzaların əsas səbəbi olub.
Məşhur “Halef: Köklerin Çağrısı” serialında çoxarvadlılığın təbii bir hal kimi göstərilməsi və qadınların aşağılayıcı şəkildə təqdim edilməsi qanun pozuntusu hesab edilib. Kanal həm bu seriala, həm də reklam qaydalarını pozan “Efsane Futbol” proqramına görə cərimələnib.
Məşhur “Konuşanlar” proqramını təqdim edən Həsən Can Kaya’nın proqramı Disney+ platformasının kataloqundan çıxarılıb. RTÜK proqramda sədaqətsizlik, qumar və küçə söyüşlərinin “uğur hekayəsi” kimi təqdim edildiyini, bunun isə ümumi əxlaqa və ailə mahremiyyətinə zidd olduğunu bildirmışdır.
Musiqi platformasında bəzi mahnı siyahılarının və mahnıların adları arqo və mənəvi dəyərlərə zidd hesab edildikdən sonra, həmin məzmunların silinməsi tələb olunub və platforma cərimələnib.
Mənbə: https://news.milli.az/showbiz/1311500.html







