Məşhur Rusiyalı “Qarabağ”a Görə Həm Təəccüblənib, Həm Sevinib » DaylyAz
Idman Xəbərləri 206

Məşhur rusiyalı “Qarabağ”a görə həm təəccüblənib, həm sevinib

Tanınmış rusiyalı futbol mütəxəssisi Aleksandr Mostovoy UEFA Çempionlar Liqasında “Qarabağ”ın Ayntraxt” üzərindəki qələbəsindən danışıb.

“Qafqazinfo” xəbər verir ki, o, 3:2 hesablı qalibiyyətə təəccübləndiyini bildirib.

“Qarabağ” – “Ayntraxt” matçının ilk hissəsini izlədim. “Qarabağ” ilk qolu vuranda sevindim. Sonra iki qol buraxdı və üzüldüm. Matçı izləməyi dayandırdım və ən yaxşı halda “Qarabağ”ın heç-heçə edəcəyini düşündüm.

Amma sonda hesabı bərabərləşdirib yenidən qol vurduqlarını görəndə həm təəccübləndim, həm də sevindim. “Qarabağ”da çoxlu əcnəbi oyunçu var, hər şey heyətdən asılıdır. Komanda Çempionlar Liqasına vəsiqə qazandığına, yaxşı oynadığına, qalib gəldiyinə görə sevinməlidir. Bu, əladır”.

Mənbə: https://qafqazinfo.az/news/detail/meshur-rusiyali-qarabaga-gore-hem-teeccublenib-hem-sevinib-496430

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button