“Maraqlayıb Ki, Niyə Gec Gəlib, Sonra Bu Hadisən Olub.” » DaylyAz
Kriminal

“Maraqlayıb ki, niyə gec gəlib, sonra bu hadisən olub.”

Ötən gün Samuxda ananın öz oğlu tərəfindən bıçaqlanmasının təfərrüatları məlum olub.

Qafqazinfo xəbər verir ki, hadisə dünən səhər saatlarında rayonun Əhmədbəyli kəndində qeydə alınıb.

Belə ki, 46 yaşlı Elnurə Ələkbərova evə gec gələn 20 yaşlı oğlu Raul Ələkbərovla mübahisə edib və mübahisə zəminində gənc oğlan anasına bıçaqla xəsarət yetirib. Qadın dərhal Gəncədəki özəl tibb müəssisələrindən birinə yerləşdirilib.

Qonşuların bildirdiyinə görə ailədə əvvəllər problem olmayıb:

“İşdir də, olub. Yaxşı qonşu, təmiz ailədirlər. Anadır, oğlunun niyə gec gəlməsi ilə maraqlanıb, sonra bu hadisə olub. Uşaq özü də gündəlik işlərdə çalışır,”

deyə bildrilən qonşular.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, polis əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində şübhəli şəxs qısa müddətdə saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Mənbə: https://qafqazinfo.az/news/detail/maraqlanib-ki-niye-gec-gelib-sonra-bu-hadise-olub-video-501543

Əlaqəli

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button