Masallıda Qəza: şəhid Atası Maşınla Adam Vurdu - Ölən Qazi Atasıdır » DaylyAz
Kriminal

Masallıda qəza: şəhid atası maşınla adam vurdu – Ölən qazi atasıdır

Ötən gün Masallı rayonunda piyada ölümü ilə nəticələnən qəza baş verir.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Çaxırlı kəndi ərazisində qeydə alınıb.

Belə ki, 1979-cu il təvəllüdlü Zahid İbrahimov idarə etdiyi “VAZ 2106” markalı avtomobillə piyada 1961-ci il təvəllüdlü Həsənalı Abbasovu vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Araşdırma aparılır.

Sürücünün Vətən müharibəsi şəhidi Ziya Gözəlovun atası, ölənin isə qazi atası olduğu bildirilir.

Mənbə: https://qafqazinfo.az/news/detail/masallida-sehid-atasi-masinla-adam-vurdu-olen-qazi-atasidir-496590

Əlaqəli

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button