Mehdi Taremi İran üçün orduya qoşulmaq istəyir

Yunanıstanın “Olimpiakos” klubunun və İran Milli Komandasının ulduz futbolçusu Mehdi Taremi ABŞ və İsrailin İrana hücumlarından sonra ölkəsinə dönəcək.
“Qafqazinfo”nun məlumatına görə, hücumçu klub rəsmilərinə bildirmiş ki, ordu rəhbərliyi və hərbi komandanlığın yanında olmaq, silahlanmaq və İranı müdafiə etmək istəyir.
33 yaşlı Taremi qərarında qətiyyətli olduğunu bildirmiş:
“Bu, ölkəmə ən çox ehtiyac duyduğu andır. Xalqım, vətənim təhlükədədir və mən orada olmalıyam.”
Vurğulanıb ki, İran Futbol Federasiyası oyunçu Yunanistanda qalmağa və karyerasını davam etdirməyə razı sala bilər, lakin Taremi hələ də qərarını dəyişməyib.
Qeyd edək ki, Mehdi Taremi daha əvvəl “İnter” və “Porto”da da çıxış edib, qolları və oyunları ilə dünya miqyasında məşhurluq qazanmışdır. Son zamanlarda isə “Olimpiakos”la Yunanıstan Super Liqasında effektiv çıxış ilə diqqət çəkir.
Mənbə: https://qafqazinfo.az/news/detail/ulduz-futbolcu-iran-ucun-orduya-qosulmaq-isteyir-500819








