Idman Xəbərləri 206
Millimiz Şimali Makedoniyanı məğlub etdi

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün dünya çempionatı – 2027-nin seçmə mərhələsində mübarizəyə başlayıb.
“Qafqazinfo” xəbər verir ki, C Liqasının 3-cü qrupunda yer alan millimiz ilk oyununu Şimali Makedoniya yığmasına qarşı keçirib.
“Dalğa Arena”da təşkil olunacaq görüşü Polşadan olan hakimlər briqadası idarə edib.
Saat 15:00-da başlayan qarşılaşma millimizin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
3 mart
Azərbaycan (Qadınlar) – Şimali Makedoniya (Qadınlar) 2:0
Qollar: Sevinc Cəfərzadə, 28, 78
Mənbə: https://qafqazinfo.az/news/detail/millimiz-simali-makedoniyani-meglub-etdi-500892







