MOK-da Qurulan Yeni Komissiya - Təhlükəsiz İdman Komissiyası » DaylyAz
Idman Xəbərləri 206

MOK-da qurulan yeni komissiya – Təhlükəsiz İdman Komissiyası

Azərbaycan Milli Olimpiya Komitəsində (MOK) təhlükəsiz idman prinsiplərinin gücləndirilməsi və müstəqil nəzarətin təmin edilməsi məqsədilə Təhlükəsiz İdman Komissiyası yaradılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə MOK məlumat yayıb.

Bildiirən ki, komissiyanın tərkibi müxtəlif sahələrdə təcrübəyə malik şəxslərdən formalaşıb:

Azər Əliyev – Azərbaycan Milli Olimpiya Komitəsinin baş katibi, Təhlükəsiz İdman Komissiyası üzrə sədr,
Təhminə Tağı-zadə – Azərbaycan Milli Antidopinq Agentliyinin icraçı direktoru,
Xəzər İsayev – Ədalətli Oyunlar Komissiyasının sədri,
Fəridə Əzizova – Atletlər Komissiyasının sədri,
Elgün Səfərov – Azərbaycan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri.

Bu yeni təşəbbüs idmançıların rifahının qorunmasına, uşaqların və gənclərin təhlükəsiz mühitdə inkişafına, eləcə də idman dəyərlərinin möhkəmləndirilməsinə xidmət edəcəkdir.

Mənbə: https://qafqazinfo.az/news/detail/mok-da-yeni-komissiya-sedri-azer-eliyev-oldu-501872

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button