Montiel “Neftçi”yə Belə Qol Vurdu - Video » DaylyAz
Idman Xəbərləri 206

Montiel “Neftçi”yə belə qol vurdu – Video

Hazırda Antalyada təlim-məşq toplanışında olan Ağdamın “Qarabağ” komandası Özbəkistanın “Neftçi” (Fərqanə) klubu ilə yoldaşlıq görüşü keçirir.

“Qafqazinfo” xəbər verir ki, qarşılaşmanın ilk dəqiqələri “köhlən atlar”ın mütləq üstünlüyü ilə davam edir.

Matçın 10-cu dəqiqəsində Ağdam təmsilçisinin yarımmüdafiəçisi Joni Montiel uzaq məsafədən baxımlı zərbə ilə topu rəqib qapısının “doqquzluğu”na göndərərək dublunu rəsmiləşdirib.

Qeyd edək ki, “Qarabağ” cəmi 19 dəqiqə ərzində Özbəkistan təmsilçisinin qapısından 3 qol keçirməyi bacarıb. Hazırda matçda hesab 4:0 Ağdam klubunun xeyrinədir.

Mənbə: https://qafqazinfo.az/news/detail/montiel-neftciye-bele-qol-vurdu-video-495152

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button