Müğənni Türkan Vəlizadənin Fikirləri Sosial şəbəkələrdə əks-səda Yayıb » DaylyAz
Şou Biznes Xəbərləri

Müğənni Türkan Vəlizadənin fikirləri sosial şəbəkələrdə əks-səda yayıb

Müğənni Türkan Vəlizadə səsləndirdiyi fikirlərlə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

O, bildirib ki, bu gün sahib olduqlarını böyük zəhmətlə qazanıb: "Zülmlə işləyib ev-eşik almışam. Evdekiləri yerləşdirmişəm. İndi ərimi gətirib harada yerləşdirəcəyəm?"

Vəlizadə maddi məsələnin onun üçün önəmli olduğunu gizlətməyərək kasıb biri ilə ailə qurmağı düşünmədiyini etiraf edib. Bununla yanaşı, xasiyyətcə mehriban və ünsiyyətcil olduğunu, hər kəslə yola gedə bildiyini də əlavə edib.

Müğənni Türkan Vəlizadə gözəlliyə üstünlük vermədiyini desə də, bir çox insanın onun kimi gözəl xanımın subay qalmasına inanmadığını qeyd edib: "Deyirlər ki, sənin kimi gözəllikdə xanım necə təkdir? Cavab verirəm ki, qarşıma yaxşı bəy çıxmayıb. Qismət Allahdandır".

Onun bu sözləri birmənalı qarşılanmayıb və sosial mediada geniş müzakirə olunub.

Mənbə: https://news.milli.az/showbiz/1316730.html

Əlaqəli

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button