Müğənni Qumrala aparıcı arasında DİVAN düşdü – Efirdən ÇİXDİ – VİDEO

Müğənni Qumralın qonaq olduğu verilişdə aparıcının səsləndirdiyi fikirlərə əsəbiləşib. Söhbət zamanı müğənninin Xalq artistinin ifasını tanımaması müğənnini çətin vəziyyətə salıb. Qumral bu vəziyyətin təsadüfi olmadığını bildirib və aparıcını bunun xəbər kimi mediyada tirajlanacağında günahlandırıb.
Müğənninin sözlərinə görə, həmin sənətkar xanımla aralarında belə mövzunun olmasını istəmir. Gərginlik artdıqdan sonra Qumral emosiyalarını gizlədə bilməyib, aparıcı ilə sözləri "çəp" gəlib və nəticədə müğənni verilişi yarımçıq tərk edib.
Canlı efirdəki bu gərgin anlar izləyicilərin diqqətindən yayınmayıb və qısa zamanda sosial şəbəkələrdə yayılıb. Hadisə ilə bağlı fikirlər birmənalı deyil. Bəziləri müğənnini haqlı sayır, digərləri isə efirdə bu cür reaksiyanı artıq hesab ediblər.
Mənbə: https://news.milli.az/showbiz/1311181.html







