Müğənni Ülvi Qılınc: Güzgüyə Baxın Ki, Nə Gündəsiniz! » DaylyAz
Şou Biznes Xəbərləri

Müğənni Ülvi Qılınc: Güzgüyə baxın ki, nə gündəsiniz!

Müğənni Ülvi Qılınc canlı efirdə səsləndirdiyi sərt fikirlərlə gündəmə gəlib.

Müğənni efirdə çıxışı zamanı bəzi sənət nümayəndələrini üzünü tutaq belə deyib:

“Arada güzgüyə baxın ki, ayda bir dəfə etdiyiniz əməllərdən, işlərdən xəbərdar olasınız. Görün siz nə gündəsiniz?! Kafelərdə özlərinə ad günü keçirib bunu böyük bir sənət nümayişi kimi insanlara təqdim edirlər. Ad günü oldu, necə qonaq gəldi… Burada hansı sənətdən söhbət gedir ki, konvertin içində pul gəlir”.

Ülvi Qılınc bildirib ki, bəzi ifaçıların ad günü və oxşar məclisləri şouya çevirməsi sənət anlayışına uyğun deyil. Onun sözlərinə görə, bu cür tədbirlərin sənət kimi təqdim olunması cəmiyyətə yanlış mesaj verir:

“Hər birinə öz qayğı və vaxtı olsun. Əlbət ki, bu həm də mənim üçün vacibdir”.

Müğənni çıxışında tamaşaçı zövqünə də toxunub:

“Xalqın beyni uşaq beyni kimi təmizdir. Biz camaata nəyi tez-tez göstərib təbliğ ediriksə, ona görə toylarda tələbatlı olurlar. Bu gün ailələrdə böyüklərin yox, övladların sözü keçirli olur. Bunu qəbul etməsək, riyakarlıq etmiş olarıq”.

Ülvi Qılınc bəzi sənət nümayəndələrini daha məsuliyyətli olmağa və sənətə ciddi yanaşmağa çağırdı.

İfaçının bu fikirləri sosial mediada birmənalı qarşılanmadı. Bəzi izləyicilər Onun sözlərini dəstəkləyərək "dahi sənətkarının reallıqları dilə gətirdiyini" qeyd ediblər. Digərləri isə bu açılamanı həmkarlarına qarşı sərt və ümumiləşdirilmiş ittiham kimi qiymətləndirdilər.

Hazırda mövzu ətrafında müzakirələr davam edir.

Mənbə: https://news.milli.az/showbiz/1319107.html

Əlaqəli

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button