MÜĞƏNNİ ƏLIKRAM BAYRAMOV VƏSİYYƏTİNİ AÇIQLADI: "VARDÖVLƏTIM ANA SÜDÜ KİMİ HALAL OLSU" » DaylyAz
Şou Biznes Xəbərləri

MÜĞƏNNİ ƏLIKRAM BAYRAMOV VƏSİYYƏTİNİ AÇIQLADI: “VARDÖVLƏTIM ANA SÜDÜ KİMİ HALAL OLSU”

“Qünə Uğurla” verilişinin qonağı olan müğənni Əlikram Bayramov ailəsi və uşağı ilə bağlı tarixi açıqlamaları ilə diqqət çəkib.

Müğənni Əlikram Bayramov “Bütün vardövlətim, mülküm oğluma qalsın. Hər bir zəhmətimi ana südü kimi ona halal edirəm” deyə açıqlama etdi.

Əlikram Bayramov uşağının qayğıkeşliyindən də danışdı. Onun sözlərinə görə, bir dəfə rayona gedərkən ayağı ağrıyıb və uşağı mazla masaj edərək kömək etib.

Müğənni oğlunun savadlı və ağıllı olduğunu vurğulayıb:
“İki ali təhsili var. O, mənim həm dostumdur, həm də qardaşım. Allaha şükür edirəm ki, mane belə bir övlad bəxş edib”

Sənətçi əlavə olaraq ailə dəyərlərinə toxunaraq “Həmişə məsləhət görürəm ki, özündə olmayan şeyi başqasına danışma kiməsə yol göstərmə” deməklə insanlara başqalarına yol göstərərkən diqqətli olmasının əhəmiyyətini vurğuladı.

Əlikram Bayramovun səmimi açıqlamaları studiyada emosional anlara səbəb olub və sosial şəbəkələrdə geniş müzakirə olunub.

Mənbə: https://news.milli.az/showbiz/1313782.html

Əlaqəli

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button