Nəfəsin Arxiv Görüntüləri Yayıldı - VİDEO » DaylyAz
Şou Biznes Xəbərləri

Nəfəsin arxiv görüntüləri yayıldı – VİDEO

Müğənni Nəfəsin illər əvvəl lentə alınmış arxiv görüntüləri sosial şəbəkələrdə yayılıb və izləyicilər arasında geniş müzakirələrə səbəb olub.

Yayılan görüntülər vaxtilə Space TV-də efirə gedən verilişlərdən birinə aiddir. Həmin proqram mərhum aparıcı və aktyor Ramiz Hüseynzadənin təqdimatında yayımlanırdı.

Kadrlarda Nəfəsin səhnəyə ilk addımlarını atdığı, daha sadə obraz və ifa tərzi ilə tamaşaçı qarşısına çıxdığı görünür. onun illər içində keçdiyi sənət yolu və imic dəyişikliyi izləyicilərin diqqətindən yayınmayıb.

Paylaşım qısa zamanda minlərlə baxış toplayıb. Şərhlərdə istifadəçilər ifaçının əvvəlki və indiki görünüşünü müqayisə edərək fikirlərini bölüşüblər.

Xüsusilə Ramiz Hüseynzadənin aparıcılığı ilə yayımlanan proqramdan olan kadrlar izləyicilərdə kövrək anlar yaradıb. Bir çox istifadəçi mərhum aparıcını da yad ediblər.

Görüntülər sosial mediada geniş müzakirələrə yol açıb.

Mənbə: https://news.milli.az/showbiz/1319112.html

Əlaqəli

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button