Nəsimi Rayonunda Ambulans Və Motosikletin Toqquşması Nəticəsində Kuryerin Həlak Olmasının Təfərrüatı » DaylyAz
Kriminal

Nəsimi rayonunda ambulans və motosikletin toqquşması nəticəsində kuryerin həlak olmasının təfərrüatı

Yanvarın 3-ü saat 01 radələrində Nəsimi rayonu Ceyhun Səlimov küçəsində “İveco” markalı təcili tibbi yardım avtomobili ilə motosiklet toqquşub.

“Qafqazinfo” xəbər verir ki, hadisə zamanı motosikletin 29 yaşlı sürücüsü Mehdi M. hadisə yerində həlak olub.

Qəza nəticəsində ambulansın sürücüsü və 2 sərnişin də xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Bildirilib ki, hadisə zamanı təcili tibbi yardım avtomobili yüksək sürətlə hərəkət edirmiş.

Faciəvi şəkildə ölən Mehdi restoranda kuryer kimi çalışırmış. Onun 10 aylıq körpəsi qalıb.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.

Mənbə: https://qafqazinfo.az/news/detail/bakida-kuryerin-olduyu-dehsetli-qezanin-teferruati-video-494342

Əlaqəli

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button