“Neftçi” 5700 manat cərimə olundu

AFFA “Neftçi”ni 5700 manat cərimə edib.
“Qafqazinfo” xəbər verir ki, buna səbəb Misli Premyer Liqasının 22-ci turunda “Şamaxı” ilə matçda yaşananlardır.
Belə ki, “Şamaxı” – “Neftçi” oyununda 5 nəfər sarı vərəqə aldığı üçün “Neftçi” komandası 700 manat cərimə edilib.
Həmin matçın 90+4-cü dəqiqəsində “Neftçi” komandasının məşqçisi Dmitro Kara-Mustafa hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun oyuna buraxılmayacaq, “Neftçi” komandası isə 5000 manat cərimə edilib.
“Şamaxı” – “Neftçi” oyununda “Neftçi” komandasının texniki zonasının üst hissəsi, eyni zamanda Bakı təmsilçisinin azarkeşləri tərəfindən stadionda 35 ədəd oturacaq sındırıldığına görə stadiona dəymiş zərər “ağ-qaralar” tərəfindən ödəniləcək.
Mənbə: https://qafqazinfo.az/news/detail/neftci-5700-manat-cerime-olundu-501331








