Idman Xəbərləri 206
“Neftçi” – “Qarabağ” görüşünün tarixini elan etdilər

Misli Premyer Liqasının 21 turundan təxirə salılmış “Neftçi” – “Qarabağ” görüşünün keçiriləcəyi tarix və saat müəyyənləşib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumata malikdir.
“Palms Sports Arena”da keçiriləcək qarşılaşma 30 aprel saat 20:00-da başlayacaq.
Xatırladaq ki, sözügedən oyun “Qarabağ”ın Çempionlar Liqası oyunlarına görə Ağdam klubunun xahişi ilə təxirə salınmışdı.
Mənbə: https://qafqazinfo.az/news/detail/neftci-qarabag-gorusunun-vaxti-melum-oldu-502166








