Neymar Qərar Verdi - “Santos”da Qalır » DaylyAz
Idman Xəbərləri 206

Neymar qərar verdi – “Santos”da qalır

Ulduz hücumçu Neymar “Santos” klubu ilə yeni müqavilə imzalayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Mənbənin məlumatına görə, 33 yaşlı braziliyalı cinah hücumçusu ən azı 2026-cı ilin dekabrına kimi klubda qalacaq.

Qeyd edək ki, Neymarın Braziliya klubu ilə hazırkı müqaviləsi 2025-ci il dekabrın 31-dək qüvvədə olub. O, bu mövsüm Braziliya liqasında 20 oyun keçirib, 8 qol vurub.

Hücumçunun transfer dəyəri 10 milyon avrodur.

Mənbə: https://qafqazinfo.az/news/detail/neymar-qerar-verdi-santosda-qalir-494072

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button