Niderlandın İrandakı Səfirliyi Azərbaycana Köçürüldü » DaylyAz
Politika

Niderlandın İrandakı səfirliyi Azərbaycana köçürüldü

Niderland İrandakı səfirliyini müvəqqəti olaraq Tehrandan Azərbaycana köçürüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Niderlandın Xarici işlər naziri Tom Berendsen “X” hesabında məlumat yayıb.

“Əməkdaşlarımızın təhlükəsizliyinə artan risklərlə əlaqədar İranın Niderland səfirliyinin fəaliyyətinin müvəqqəti olaraq Azərbaycanın Bakı şəhərinə köçürülməsi qərara alınıb. İranda baş verən hadisələri diqqətlə izləyirik. Əgər təhlükəsizlik vəziyyəti buna imkan verərsə, Niderland səfirliyinin fəaliyyətinin Tehranda yenidən nə vaxt və hansı formada bərpa oluna biləcəyi barədə qərar veriləcək”, – deyə o əlavə edib.

Mənbə: https://qafqazinfo.az/news/detail/niderlandin-irandaki-sefirliyi-azerbaycana-kocuruldu-501716

Əlaqəli

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button