"Nyukasl"la Oyunu Indi-dən Düşündüyümüzə Ehtiyac Yoxdur" » DaylyAz
Idman Xəbərləri 206

“Nyukasl”la oyunu indi-dən düşündüyümüzə ehtiyac yoxdur”

“Zədəli olduqda, qarşılaşdığım dövrum mənim üçün çətin ölkə keçdi. Amma, hər bir idmançının karyerasında qarşılaşdığı mərhələlərdən biridir. Əsas odur ki, bu mərhələni düzgün keçəsən. İndi həm psixoloji, həm də fiziki baxımdan daha güclü qayıtmağa çalışıram. Düşünürəm ki, bunun öhdəsindən gələ biləcəyəm.”

“Qafqazinfo” xəbər verir ki, bu sözləri “Qarabağ”ın futbolçusu Kadi Borges deyib.

29 yaşlı braziliyalı yarımmüdafiəçi Premyer Liqanın son turunda evdə “Turan Tovuz” üzərində 1:0 hesablı qələbəni də dəyərləndirib:

“Çətin oyun olacağını gözləyirdik və elə də oldu. Rəqib çox aqressiv komandadır, bir-bir mübarizələrdə güclü futbolçuları var. Standart vəziyyətlərə xüsusi önəm verirlər. Düşünürəm ki, qarşımıza qoyulan məqsədə çatdıq və layiqli şəkildə 3 xal qazandıq.”

Kadi Çempionlar Liqasının 1/8 finalına vəsiqə uğrunda “Nyukasl”la keçiriləcək oyun barədə də fikirlərini bölüşüb:

“Məncə, rəqibi keçib-keçməyəcəyimizi, “Nyukasl”la oyunu indi-dən düşünməyə ehtiyac yoxdur. Sadəcə meydana çıxıb son dəqiqəyə qədər mübarizə aparmalı və ən yaxşı oyunuzu göstərməliyik. Nəticənin necə olacağı isə Allahın əlindədir.”

Mənbə: https://qafqazinfo.az/news/detail/nyukaslla-oyunu-indiden-dusunmeye-ehtiyac-yoxdur-kadi-borges-497468

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button