Ofelya və Səmra Hüseynova arasında yenidən qalmaqal

Müğənni Ofelya Şabanova ilə daha əvvəl qalmaqal yaşadığı model Səmra Hüseynova bu dəfə də üz-üzə gəlib.
İddialara görə, onların qarşılaşması zamanı səslənən fikirlər bir-birinin “boğazından keçməyib” və tərəflər arasında açıq-aşkar gərginlik hiss olunub. Emosional anlarla müşayiət olunan bu olay kameraların obyektivinə düşüb.
Sözügedən görüntülər qısa zamanda sosial şəbəkələrdə yayılaraq müzakirələrə səbəb olub. İzləyicilər rəylərdə tərəflərin davranışını müxtəlif cür dəyərləndirib, qalmaqalın yenidən “alovlandığını” bildiriblər.
Qeyd edək ki, Ofelya Şabanova ilə Səmra Hüseynova arasında yaşayan əvvəlki qalmaqal da bir müddət mediada gündəm olmuşdu. Bu son qarşılaşma isə mübahisənin hələ də bitmədiyini göstərib.
Mənbə: https://news.milli.az/showbiz/1311868.html







