Ömrünün sonuna 1 il qalıb

Amerikalı müğənni-aktyor və realiti-şou ulduzu Rey Cey gələn ilə sağ qalmayacağını bildirdi.
Axşam.az xəbər verir ki, məşhur sənətçi sosial media üzərindən etdiyi canlı yayımda həkimlərin ona çox az vaxt verdiyini, ürəyinin cəmi 25% güclə işlədiyini bildirdi.
Rey Cey bu ayın əvvəlində Las-Veqasda ağır pnevmoniya və ürək ağrıları ilə xəstəxanaya yerləşdirildi. Sənətçi “az qala öləcəyi”ni və hazırkı vəziyyətinin çox kritik olduğunu deyib. Həkimlərin rəyinə görə, ona ürək funksiyası həyati təhlükə həddindədir.
Müqənni səhhətinin bu hala düşməsində keçmiş həyat tərzini və zərərli vərdişləri günahlandırıb.
O, illərdir həddindən artıq spirtli içki və psixostimulyatorlardan istifadə etdiyini etiraf edib.
"Özümü məğlubedilməz sanırdım, hər şeyi qaldıra bildiyimi düşünürdüm, amma yanılmışam. Bu vərdişlər mənim dünyadakı vaxtımı qısaltdı," – deyə o, bildirdi.
Ölüm qorxusu yaşamasına baxmayaraq, Rey Cey maddi cəhətdən ailəsini təmin etdiyini deyib. O, övladlarının və uşaqlarının anasının gələcəyini sığortaladığını, buna görə də gözünün arxada qalmayacağını qeyd edib.
Müqənni xüsusilə bacısı, dünya şöhrətli müğənni Brendi ilə yanaşı bütün tibbi xərclərini və ilin sonuna qədər olan borclarını öz üzərinə götürənə təşəkkür etdi.
Mənbə: https://news.milli.az/showbiz/1314110.html







